Azərbaycanda avtomobil benzini istehsalı 2% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 2% artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 041 mln. 700 min manat təşkil edib.
Energetika
21 May , 2020 15:59
Azərbaycanda avtomobil benzini istehsalı 2% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 041 mln. 700 min manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1% çoxdur.

Hesabat dövründə 406,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 2,1% çoxdur.

İlin dörd ayı ərzində Azərbaycanda 732,6 min ton həcmində dizel yanacağı, 29,2 min ton həcmində yanacaq mazutu, 8,7 min ton həcmində sürtkü yağları, 79,3 min ton həcmində neft bitumu istehsal edilib.

Neft bitumunun istehsalı 61,2%, sürtkü yağlarının istehsalı 61,1%, yanacaq mazutunun istehsalı 13,6%, dizel yanacağının istehsalı 7,4% artıb.

Hesabat dövründə 101,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 186,5 min ton ağ neft, 76,9 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5%, ağ neftin istehsalı 5,1%, neft koksunun istehsalı isə 6% azalıb. 

Orphus sistemi