Yuxarı

Azərbaycanda avtomobil benzini istehlakı artıb

Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda 1 299,4 min ton dizel yanacağı, 1 296,6 min ton avtomobil benzini istehlak edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il 394,7 min ton aviasiya üçün və sair ağ neft, 283,2 min ton neft bitumu, 201,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 154,4 min ton maye qaz, 48,4 min ton sürtkü yağları istehlak olunub.

Ötən il avtomobil benzini istehlakı 2017-ci illə müqayisədə 0,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 11,2%, aviasiya üçün və sair ağ neft istehlakı 19,1%, neft bitumu istehlakı 22,7%, maye qaz istehlakı 20,2%, sürtkü yağları istehlakı 13,1% artıb, dizel yanacağının istehlakı isə 1% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi