Azərbaycanda Avrasiya konfransı keçiriləcək

Azərbaycanda Avrasiya konfransı keçiriləcək Konfrans "Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar" mövzusuna həsr olunub
Energetika
18 Avqust , 2016 16:13
Azərbaycanda Avrasiya konfransı keçiriləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən avqustun 29-dan 31-dək Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən “Report”a verilən məlumata görə, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

Müzakirə olunacaq mövzular arasında son zamanlar neftin ucuzlaşması, ucuz neft fonunda Xəzər regionunun Avropa, dünya bazarında enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişaf perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti və s. kimi məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonunda Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlərin həyata keçirilməsi məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi