Azərbaycanda avqustda gündəlik neft hasilatı 29 min barel azalıb

Azərbaycanda avqustda gündəlik neft hasilatı 29 min barel azalıb Avqust ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 29 min barel azalaraq 749 min barel olub. Bunun 686 min barelini xam neft, 63 min barelini kondensat təşkil edib.
Energetika
9 Sentyabr , 2019 12:59
Azərbaycanda avqustda gündəlik neft hasilatı 29 min barel azalıb

Avqust  ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 29 min barel azalaraq 749 min barel olub. Bunun 686 min barelini xam neft, 63 min barelini kondensat təşkil edib. 

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gündəlik 501 min barel xam neft, 59 min barel kondensat, 4,5 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - avqust aylarında orta gündəlik neft hasilatı 769 min barel təşkil edib.

Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Son xəbərlər

Orphus sistemi