Azərbaycanda 8 şəhid ailəsinin evi qazla təmin edilib

Azərbaycanda 8 şəhid ailəsinin evi qazla təmin edilib Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 8 şəhid ailəsinin evini qazla təmin edib.
Energetika
24 Noyabr , 2021 10:35
Azərbaycanda 8 şəhid ailəsinin evi qazla təmin edilib

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 8 şəhid ailəsinin evini qazla təmin edib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan şəhid ailələri "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə müraciət edərək fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər. Baş direktorun göstərişi ilə İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin Xaçmaz xidmət sahəsi həmin müraciətin icrası istiqamətində işlərə başlayıb. Qısa müddətdə hər bir fərdi yaşayış evi təbii qazla təmin edilib və sayğac quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi