Yuxarı

​Azərbaycanda 7 kəndə qaz verilib

Kəndlərin 3 393 abonenti təbii qazla təmin olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Beyləqan, İsmayıllı və Ağcabədi rayonlarının daha 7 kəndinə təbii qaz verilib. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 kəndin 3 393 abonenti təbii qazla təmin olunub.

Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, rayonun ümumilikdə 1 713 abonenti olan Kəbirli, Milabad və Mayak kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə 67 039 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İsmayıllı rayonunun ümumilikdə 348 abonenti olan İstisu və Çayqovuşan kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilən tədbirdə bildirilib ki, qazlaşdırma işləri zamanı ümumi uzunluğu 24 237 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Ağcabədi rayonunun Rəncbərlər və Hüsülü kəndlərinə yenidən “mavi yanacaq” verilməsi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, ümumilikdə 1 332 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67 730 metrlik qaz xətləri çəkilib, 1 332 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi