​Azərbaycanda 5 kəndə ilk dəfə təbii qaz verilib

​Azərbaycanda 5 kəndə ilk dəfə təbii qaz verilib Ümumilikdə, 768 abonent qazla təmin olunub
Energetika
23 Oktyabr , 2015 16:22
​Azərbaycanda 5 kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Xaçmaz, Lerik və Gədəbəy rayonlarının daha 5 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, beş kəndin ümumilikdə 768 abonenti qazla təmin olunub.

Qaz verilişi münasibətilə Xaçmaz rayonunda keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə, 223 abonenti olan Qıraqlı və Xanlıqoba kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 635 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Lerik rayonunun 53 abonentlik Zərikməco kəndinin qazlaşdırılması zamanı ümumi uzunluğu 10 335 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Gədəbəy rayonunun Parakənd və Leşkər kəndlərinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 492 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 36 499 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 492 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi