Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb

Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb Yanvar-iyun ayları ərzində ölkədə 618 min ton avtomobil benzini istehsal olunub
Energetika
18 İyul , 2017 15:08
Azərbaycanda 40 min ton avtomobil benzini ehtiyatı yaranıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bu il iyulun 1-nə Azərbaycanda 40,3 min ton avtomobil benzini, 104,3 min ton dizel yanacağı ehtiyatı olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvar-iyun ayları ərzində ölkədə 618,3 min ton avtomobil benzini isrehsal olunub. Bu həcm isə ötən ilin analoji dövründən 8% artıqdır.

Hesabat dövründə 101,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 12,9 min ton sürtkü yağları, 77,3 min ton neft bitumu, 106,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5%, sürtkü yağlarının istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 27,6%, neft koksunun istehsalı isə 17% artıb.

Bu ilin I yarısında 297,5 min ton ağ neft, 958,7 min ton dizel yanacağı, 241,3 min ton yanacaq mazutu istehsal edilib. Ağ neftin istehsalı 7,7%, yanacaq mazutunun istehsalı 38%, dizel yanacağının istehsalı 16,4% azalıb.

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 330,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 7,3% azalıb.

Son xəbərlər

Orphus sistemi