Yuxarı
    Bağlamaq

    Azərbaycanda 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb

    Ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1,888 mln.-a çatıb

    Bakı. 12 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 17 040 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 286-sı Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 13 754-ü isə regionların payına düşüb. "Report" xəbər verir ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1 887 877-ə çatıb. 

    Onu da qeyd edək ki, 1 aprel 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129 029 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi