Sabah Azərbaycanda 3 magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Sabah Azərbaycanda 3 magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
15 Dekabr , 2015 16:56
Sabah Azərbaycanda 3 magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 16-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “28 May”, “Zirə-3” və “Şimal DRES” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Bağmanlar”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq.

Təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göy-gölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi