Yuxarı
    Bağlamaq

    Azərbaycanda 2025-ci ildə əmtəə qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq

    SOCAR-ın Gürcüstana nəql etdiyi qazın həcmi isə ildə 1,2 mlrd. kubmetr təşkil edir© Report.az

    Bakı. 26 aprel. REPORT.AZ/ 2025-ci ildə Azərbaycanda 40 mlrd. kubmetr həcmində əmtəə qazı hasil olunacağı gözlənilir.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya" forumunda SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

    O qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr həcmində qiymətləndirilir. "Şahdəniz" qaz kondensat yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. ton kondensat həcmindədir. 2006-cı ildə "Şahdəniz" yatağında hasilata başlanılıb və I mərhələ çərçivəsində təxminən illik 10 mlrd. kubmetr həcmində qaz hasil olunur. Yatağın II mərhələsi üzrə hasilatın 2018-ci ildə başlanacağı və qaz hasilatının 16 mlrd. kubmetr olacağı nəzərdə tutulur. 

    İkin qiymətləndirmələrə görə, "Abşeron" yatağının ehtiyatları isə 350 mlrd. kubmetr qazdan, 45 mln. ton kondensatdan, "Ümid" yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensatdan ibarətdir.

    Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasil olunan qazın 800 mln. kubmetri Gürcüstana, 6,6 mlrd. kubmetri Türkiyəyə nəql olunur, 1,5 mlrd. kubmetr qaz isə ölkə daxilində istifadə edilir.

    Şirkət rəsmisi qeyd edib ki, SOCAR-ın Gürcüstana nəql etdiyi qazın həcmi isə ildə 1,2 mlrd. kubmetr təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi