Azərbaycanda 2004-2017-ci illərdə 309 mlrd. kubmetr qaz hasil olunub

Azərbaycanda 2004-2017-ci illərdə 309 mlrd. kubmetr qaz hasil olunub Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda 2004-2017-ci illərdə qaz kondensatı da daxil edilməklə, 554,4 mln. ton xam neft, 308,5 mlrd. kubmetr təbii qaz hasil edilib.
Energetika
12 Aprel , 2018 11:43
Azərbaycanda 2004-2017-ci illərdə 309 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda 2004-2017-ci illərdə qaz kondensatı da daxil edilməklə, 554,4 mln. ton xam neft, 308,5 mlrd. kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.

Komitə sədri qeyd edib ki, bu illər ərzində ölkədə 16,5 mln. ton avtomobil benzini, 32,8 mln. ton dizel yanacağı, 8,8 mln. ton ağ neft istehsal olunub:

"2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artıb. 2017-ci ilin sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanıb ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılıb”.

O, həmçinin bildirib ki, Azərbaycanda sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1% artaraq 508,8 mlrd. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi