Azərbaycanda 179 mln. manat məbləğində neft məhsulları istehsal olunub

Azərbaycanda 179 mln. manat məbləğində neft məhsulları istehsal olunub Yanvarda 100,2 min ton avtomobil benzini istehsal edilib
Energetika
20 fevral 2016 07:07
Azərbaycanda 179 mln. manat məbləğində neft məhsulları istehsal olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsal həcmi 178,7 mln. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 3,3% azalıb.

Yanvar ayında 100,2 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin yanvar ayından 10,7% azdır.

Hesabat ayında istehsal olunan dizel yanacağının həcmi isə 198,7 min ton təşkil edib. Bu məhsulun istehsalı ötən ilin müvafiq ayından 23,6% az olub.

Ötən ay 0,8 min ton sürtkü yağları, 10,7 min ton neft bitumu, 7,2 min ton neft koksu istehsal olunub. Sürtkü yağlarının istehsalı 2015-ci ilin yanvar ayından 27,3%, neft bitumunun istehsalı 7,8%, neft koksunun istehsalı 64,5% az təşkil edib.

Yanvar ayında 59,6 min ton ağ neft, 14,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 97,7 min ton yanacaq mazutu istehsal olunub. Ağ neftin istehsalı 3,1%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5 dəfə, yanacaq mazutunun istehsalı 488,5 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi