Azərbaycanda 15 yerli müəssisənin "SOCAR Polymer"in 50 min ton məhsuluna ehtiyac var

Azərbaycanda 15 yerli müəssisənin "SOCAR Polymer"in 50 min ton məhsuluna ehtiyac var Nazir müavini: "Bu rəqəm dəyişə də bilər"
Energetika
6 Fevral , 2018 11:39
Azərbaycanda 15 yerli müəssisənin SOCAR Polymerin 50 min ton məhsuluna ehtiyac var
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report/ Firi Salim

Bakı. 6 fevral. REPORT.AZ/ Sumqayıtda inşa olunan "SOCAR Polymer" layihəsinə məxsus iki zavodda istehsal ediləcək məhsulların potensial istehlakçısı olacaq 15 müəssisə ilə danışıqlar aparılır.

"Report" xəbər verir ki, bunu Bakıda "Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişləndirilməsi" mövzusuna keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

O qeyd edib ki, 50 min ton polipropilen və yüksək sıxlıqlı polietilenə ilkin tələbat olduğu müəyyənləşib: "Bu rəqəm dəyişə də bilər".

Nazir müavini "SOCAR Polymer" layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu il 180 min ton istehsal gücünə malik Polipropilen və 120 min ton gücə malik Yüksək Sıxlıqlı Polietilen Zavodları istehsala başlayacaq. Onun sözlərinə görə, istehsal edicələk məhsulların 70%-i ixraca yönəldiləcək: "Bu layihə Azərbaycanda kimya sənayesinin inkişafında lokomotiv rolu oynayacaq, o, kiçik və orta sahibkarlığa təsir baxımından önəmlidir".

N.Səfərov ölkədə sənayenin inkişafından da danışıb və deyib ki, hazırda Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi var. Onun sözlərinə görə, gələcəkdə bütün regionlarda sənaye zonalarının yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi