Azərbaycanda 13 kəndə qaz verilib

Azərbaycanda 13 kəndə qaz verilib Kəndlərin 2 781 abonenti təbii qazla təmin olunub
Energetika
26 Noyabr , 2015 15:32
Azərbaycanda 13 kəndə qaz verilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Zaqatala, Şəmkir, Tərtər və Cəlilabad rayonlarının daha 13 kəndinə təbii qaz verilib. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun nəticəsində kəndlərin 2 781 abonenti təbii qazla təmin olunub.

Zaqatala rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 276 abonentlik Aşağı Çardaxlar kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 17 239 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Cəlilabad rayonunun 7 kəndinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, 963 abonenti olan Şiləvəngə, Babalı, Abazallı, Şabanlı, Qasımbəyli, Təklə və Abışabad kəndlərinin qazlaşdırılması zamanı 100 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.

Bu gün Şəmkir rayonunun Dağ Cəyir kəndi ilk dəfə qazlaşdırılıb, Bayramlı kəndinə təbii qazın verilişi isə bərpa edilib. Bununla əlaqədar keçirilmiş tədbirlərdə qeyd olunub ki, ümumilikdə 831 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 85 km-dən artıq polietilen və metal boru xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun Cəmilli, Borsunlu və Bayandurlu kəndləri isə uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Ümumilikdə 711 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə 55 100 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 711 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi