Azərbaycana "Siemens" transformatorları gətirilib

Azərbaycana "Siemens" transformatorları gətirilib Transformatorlar Sumqayıta çatdırılıb və hər bir bağlamanın çəkisi 75 tondan artıqdır
Energetika
9 Oktyabr , 2017 13:26
Azərbaycana Siemens transformatorları gətirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın “RZD Logistika” şirkəti “Siemens” transformatorlarını Qazaxıstan və Azərbaycana çatdırıb. 

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hər iki ölkəyə 3 transformator çatdırılıb.

“RZD Logistika”nın məlumatına görə, transformatorlar Sumqayıt şəhərinə təhvil verilib və hər bir bağlamanın çəkisi 75 tondan çox olub.

Layihə Cənub-Şərqi Dəmiryolu Xətti ilə birlikdə ümumilikdə 10 günə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi