Azərbaycana qaçaqmalçılıq yolu ilə xəz kürklərin gətirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə xəz kürklərin gətirilməsinin qarşısı alınıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Energetika
4 Sentyabr , 2018 17:35
Azərbaycana qaçaqmalçılıq yolu ilə xəz kürklərin gətirilməsinin qarşısı alınıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvana, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.

Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan Respublikasının vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi