​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,37 dollar olub
Energetika
2 Oktyabr , 2015 09:50
​Azərbaycan nefti bahalaşıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,45 dollar yaxud 0,90% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,37 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi