Azərbaycan yanvarda 217 mln. manatlıq neft məhsulları istehsal edib

Azərbaycan yanvarda 217 mln. manatlıq neft məhsulları istehsal edib Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri 216,8 mln. manat təşkil edib.
Energetika
16 Fevral , 2018 10:25
Azərbaycan yanvarda 217 mln. manatlıq neft məhsulları istehsal edib
Report

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri 216,8 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,2% azalıb.

Hesabat ayında ölkədə 109,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin yanvar ayından 0,5% çoxdur. Bu ilin fevralın 1-nə ölkədə 76,8 min ton avtomobil benzini ehtiyatı qalıb.

Yanvarda dizel yanacağı, sürtkü yağları, neft bitumu və neft koksunun istehsalında artım qeydə alınıb. Belə ki, dizel yanacağının istehsalı illik müqayisədə 2,4% artaraq 167,8 min ton, sürtkü yağları - 21,4% artaraq 1,7 min ton, neft bitumu - 2,4 dəfə artaraq 25,5 min ton, neft koksu - 62,3% artaraq 21,1 min ton təşkil edib.

Yanvar ayında 18,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 48,5 min ton ağ neft, 4,1 min ton yanacaq mazutu istehsal olunub.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 6,2%, ağ neftin istehsalı 11,7%, yanacaq mazutunun istehsalı 30,1% azalıb.

Son xəbərlər

Orphus sistemi