Yuxarı
    Bağlamaq

    Azərbaycan ​yanacaq mazutu istehsalını kəskin artırıb

    Bu ilin ilk 10 ayında ölkədə 4 mln. tondan çox yanacaq istehsal olunub

    Bakı. 18 noyabr.REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsal həcmi 2 047,7 mln. manat təşkil edib.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6% azalıb.

    Hesabat dövründə 573,5 min ton ağ neft, 19,5 min ton sürtgü yağları, 1 020,5 min ton avtomobil benzini, 2 362,8 min ton dizel yanacağı, 302,9 min ton yanacaq mazutu, 142,0 min ton neft bitumu, 162,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal olunub.

    Ağ neftin istehsalı 2,4%, sürtgü yağlarının istehsalı 57,2%, avtomobil benzininin istehsalı 0,3%, dizel yanacağının istehsalı 0,9%, neft bitumunun istehsalı 32,3%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5% azalıb

    Bununla yanaşı bildirilir ki, yanacaq mazutunun istehsalı isə 61,3% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi