Azərbaycan xam neft ixracını artırıb

Azərbaycan xam neft ixracını artırıb Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 3 648 802 ton həcmində xam neft ixrac edib.
Energetika
9 Mart , 2018 12:46
Azərbaycan xam neft ixracını artırıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 3 648 802 ton həcmində xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda xam neftin dəyəri 1 827,303 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neftin ümumi ixracda payı 82,67% təşkil edib.

Bu ilin iki ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 7,3%, dəyəri isə 31,7% çox olub.

Orphus sistemi