Azərbaycan xam neft ixracını 3% azaldıb

Azərbaycan xam neft ixracını 3% azaldıb Azərbaycan xam neft ixracını 3%-dən çox azaldıb
Energetika
16 İyul , 2020 11:35
Azərbaycan xam neft ixracını 3% azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15,343 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5,339 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin altı ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 3,09%, dəyəri isə 30,4% azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 69,47% olub.

Son xəbərlər

Orphus sistemi