Azərbaycan xam neft ixracını 29% artırıb

Azərbaycan xam neft ixracını 29% artırıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Energetika
15 May , 2019 14:43
Azərbaycan xam neft ixracını 29% artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 22,6% çox olub.

Bu ilin dörd ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,10% təşkil edib.

Son xəbərlər

Orphus sistemi