​Azərbaycan OPEK-in Vyanada keçiriləcək toplantısına dəvət olunub

​Azərbaycan OPEK-in Vyanada keçiriləcək toplantısına dəvət olunub Təşkilatın növbəti iclasına quruma üzv olmayan 8 ölkə dəvət olunub
Energetika
14 Oktyabr , 2015 10:55
​Azərbaycan OPEK-in Vyanada keçiriləcək toplantısına dəvət olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan  OPEK-in oktyabrın 21-də Vyanada keçiriləcək növbəti iclasına dəvət olunub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulohio del Pino bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclasına quruma üzv olmayan 8 ölkə dəvət olunub.

Toplantıda iştirak etmək dəvətini Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya alıb.

Venesuela OPEK-in bu iclasında yeni neft strategiyasını təqdim etməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi