Azərbaycan və Yunanıstan Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Yunanıstan Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı müzakirə edib Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkosu qəbul edib.
Energetika
117
20 Noyabr , 2021 16:33
Azərbaycan və Yunanıstan Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkosu qəbul edib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qlobal enerji layihəsi olan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa diqqət çəkən nazir, Yunanıstanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə “Şahdəniz-2” qazının alıcısı kimi əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, Yunanıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında təmsil olunması yüksək qiymətləndirilib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə Komissiya”nın növbəti iclasının keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi