Azərbaycan və Yaponiyanın neft-qaz kompleksinin tikintisi ilə bağlı müzakirələrinin detalları açıqlanıb

Azərbaycan və Yaponiyanın neft-qaz kompleksinin tikintisi ilə bağlı müzakirələrinin detalları açıqlanıb Yeni kompleksdə 12 mlrd. kubmetr qaz emalı həyata keçiriləcək
Energetika
19 İyul , 2015 23:50
Azərbaycan və Yaponiyanın neft-qaz kompleksinin tikintisi ilə bağlı müzakirələrinin detalları açıqlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Biz Yaponiyaya əsasən neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün getmişdik". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində bildirib.

SOCAR prezidenti yeni kompleksdə 12 mlrd. kubmetr qaz emal edilə biləcəyini açıqlayıb: "Bilirsiniz ki, biz neft emalı zavodunu həmin böyük kompleksin tərkibindən çıxardıq və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma işlərini artıq həyata keçirdik. Mövcud zavodun ömrünü 2030-cu ilə qədər və ondan yuxarı səviyyəyə qaldırdıq və yeni kompleksdə neft emalı zavodunun hələlik layihələndirilməsini dayandırdıq. Bu o deməkdir ki, yeni kompleksdə 12 mlrd. kubmetr qaz emalı və qazdan hazırlanan kimya məhsullarının qaz-kimya kompleksinin tikintisini həyata keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi