Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal sayır

Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal sayır Bu iki dövlət bazarın sabitləşdirilməsi üçün bəzi tədbirlərin həyata keçirilməsinin tərəfdarıdır
Energetika
30 Oktyabr , 2016 02:15
Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal sayır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal hesab edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in mənzil qərargahında jurnalistlərə müsahibəsində bildirib.

"Venesuela və Azərbaycan bazarın stabilləşdirilməsi üçün bəzi tədbirlərin görülməsi fikri ilə razıdır. Biz neftin bir barelinin təqribən 60 dollar civarında ola biləcyi ilə razıyıq", — deyə o əlavə edib.

Öz növbəsində nazir müavini ümid etdiyini bildirib ki, hasilatın azaldılmasına dair razılaşma əldə olunacaq və neftin qiyməti artacaq.

OPEK-ə daxil olmayan digər ölkələr neft hasilatının azaldılmasına qoşulmaq istəmədiklərini ifadə ediblər.

Vyanada 28-29 oktyabr tarixlərində OPEK-in neft hasilatının azaldılmasına dair Əlcəzair razılaşmalarının reallaşdırılması üzrə Xüsusi Komitəsinin iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi