Yuxarı

Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət ​Neft Fondunun icraçı direktoru ilə Uruqvay nümayəndə heyəti arasında görüş keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Uruqvay parlamenti Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, Ş.Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Fond tərəfindən həyata keçirilən layihələr, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş iştirakçıları tərəfindən Azərbaycanda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun və Forumda müzakirə edilən məsələlərin bütün ölkələr üçün əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi