Azərbaycan və Ukrayna Odessa-Brodı neft kəmərinin bərpası barədə razılığa gəlib

Azərbaycan və Ukrayna Odessa-Brodı neft kəmərinin bərpası barədə razılığa gəlib Prezident İlham Əliyev: "Bu layihənin bərpası yaxşı imkanlar yaradır"
Energetika
14 İyul , 2016 14:05
Azərbaycan və Ukrayna Odessa-Brodı neft kəmərinin bərpası barədə razılığa gəlib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna dövlət başçısı Pyotr Poroşenko Bakıda Odessa-Brodı neft boru kəməri layihəsinin bərpa edilməsi imkanlarını müzakirə ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev P.Poroşenko ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Odessa-Brodı layihəsini müzakirə etdik və layihənin bərpa edilməsinə dair göstəriş verdik", - deyə Prezident İlham Əliyev söyləyib.

Azərbaycan Prezidenti bu layihənin bərpasının yaxşı imkanlar yaratdığını bildirib.

Qeyd edək ki, Odessa-Brodı kəməri Qara dənizdə Odessa və Lvov vilayətində Brodı şəhəri (boru kəməri orada "Drujba" boru kəməri ilə birləşir - red.) arasında 2001-ci ildə inşa edilib. Amma həmin vaxtdan bəri boru kəməri 2005-2010-cu illərdə Rusiya neftinin keçik həcmlərlə Brodıdan Odessaya, 2010-2011-ci illərdə isə Belarusa tadərükü istisna olmaqla demək olar istifadə olunmamış qalıb.

Son xəbərlər

Orphus sistemi