Azərbaycan və Türkmənistan yanacaq-enerji kompleksi sahəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

Azərbaycan və Türkmənistan yanacaq-enerji kompleksi sahəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib Türkmənistan prezidenti Azərbaycanın energetika nazirini qəbul edib
Energetika
232
2 May , 2015 14:00
Azərbaycan və Türkmənistan yanacaq-enerji kompleksi sahəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

Bakı. 2 may. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov neft-qaz sahəsində əməkdaşlıq məsələləri üzrə dördtərəfli görüşdə iştirak etmək üçün Aşqabada gələn Azərbaycanın energetika naziri Natiq Əliyevi qəbul edib. "Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib. 

Görüş zamanı prezident və azərbaycanlı nazir yanacaq-enerji kompleksi sahəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.  Bura, o cümlədən, tranzit qaz kəmərlərinin çəkilməsi üzrə yeni birgə layihələrin həyata keçirilməsi də daxildir.

Görüşün sonunda Qurbanqulı Berdıməhəmmədov və Natiq Əliyev vurğulayıblar ki, mehriban qonşuluq münasibətləri, tarixi və mədəni kökləri ilə bağlı olan hər iki ölkə dəniz neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı sahəsi də daxil olmaqla, sıx əməkdaşlığın tərəfdarıdır.