Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma memorandumu imzalaya bilər

Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma memorandumu imzalaya bilər Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma (əməkdaşlıq) memorandumunun imzalanması ilə bağlı planları müzakirə edib.
Energetika
177
20 Sentyabr , 2021 16:01
Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma memorandumu imzalaya bilər

Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma (əməkdaşlıq) memorandumunun imzalanması ilə bağlı planları müzakirə edib.

“Report” bu barədə Serbiyanın Dağ-Mədən Sənayesi və Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr nazir Zorana Mixayloviçin Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyevlə görüşü zamanı aparılıb. Tərəflər həmçinin dağ-mədən sənayesi və enerji sahəsində əməkdaşlığın aktivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

“Serbiya və Azərbaycan iki dost ölkədir. Münasibətlərimiz möhkəm əsaslı strateji tərəfdaşlığa əsaslanır. Biz cari əməkdaşlığı bundan sonra da inkişaf etdirmək, neft-qaz sahəsindən savayı yaşıl enerji sahəsində də əməkdaşlıq etmək istəyirik”, - deyə səfir bildirib.

Son xəbərlər

Orphus sistemi