Azərbaycan və Pakistan energetika sahəsində növbəti əməkdaşlıq imkanlarını tədqiq edir

Azərbaycan və Pakistan energetika sahəsində növbəti əməkdaşlıq imkanlarını tədqiq edir Azərbaycan ilə Pakistan arasında əməkdaşlıqda ən vacib sahələrdən biri də energetikadır. Energetika sahəsinə, neft və qaz məhsullarına böyük tələbat var”.
Energetika
13 May , 2019 17:33
Azərbaycan və Pakistan energetika sahəsində növbəti əməkdaşlıq imkanlarını tədqiq edir

"Azərbaycan ilə Pakistan arasında əməkdaşlıqda ən vacib sahələrdən biri də energetikadır. Energetika sahəsinə, neft və qaz məhsullarına böyük tələbat var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın sözügedən ölkədəki səfiri Əli Əlizadə Pakistan mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə energetika sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb: “Bu ilin aprelin 6-da Pakistan Nazirlər Kabineti SOCAR-la əməkdaşlığa dair Sazişi təsdiq edib. Bu, iki ölkə arasında ticarət dövriyyəsini artıracaq”.

Ə.Əlizadə vurğulayıb ki, Azərbaycan və Pakistan ticarət əlaqələrini inkişaf etdirmək istəyir və bu sahədə əməkdaşlıqda böyük potensial var: “İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 25% artıb”.

Azərbaycanda 267 Pakistan şirkəti fəaliyyət göstərir. Onlar ölkə iqtisadiyyatına 4,2 mln ABŞ dolları məbləğində investisiya qoyublar.

Qeyd edək ki, 2016-cı ilin aprelində İslamabadda keçirilən Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının altıncı iclasında hər iki ölkə arasında neft, neft məhsulları, LNG və LPG təchizatı sahəsində əməkdaşlıq edilməsi haqqında razılıq əldə edilib. Razılaşmaya görə, SOCAR-ı bu münasibətlərdə “SOCAR Trading” təmsil edəcək.

"SOCAR Trading" şirkəti Pakistana uzunmüddətli müqavilə əsasında ildə 1 mln tondan çox həcmdə neft məhsulları satacaq. Tədarük ediləcək məhsulun 100 mln dollarlıq hissəsi üçün Pakistan Dövlət Neft Şirkətinə (PSO) kredit xətti açılacaq. Sazişin PSO şirkəti ilə son müzakirədən sonra imzalanması nəzərdə tutulub.

Həmçinin iki ölkənin energetika sektorlarına investisiyaların cəlb edilməsi üçün hökumətlərarası Sazişin imzalanmasına dair müzakirələr aparılmışdı. Bu investisiyalar, əsasən, mövcud infrastrukturun yenidən qurulması və neft-qaz anbarlarının inşasını özündə əks etdirir.

Son xəbərlər

Orphus sistemi