Yuxarı
    Bağlamaq

    Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı genişləndirir

    SOCAR və Pakistan State Oil arasında Anlaşma Memorandumu imzalanıb

    Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan və Pakistan energetikanın müxtəlif sahələrində, o cümlədən xam neft və neft məhsulları, eləcə də maye qazın ixracına dair bir sıra hökumətlərarası sazişlər imzalayıb.

    "Report" xəbər verir ki, saziş hər iki tərəfə neft və qaz mübadiləsi üzrə çoxmilyardlı müqaviləkəri birbaşa bağlamağa imkan verəcək. İmzalanmış protokola əsasən, tərəflər energetika sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq barədə razılığa gəlib.

    Bundan əlavə, ölkələrin müvafiq strukturları Azərbaycan şirkətlərinin kiçik su elektrik, külək, günəş və bioenerji layihələrinin yaradılması və inkişafında iştirakının mümkünlüyünü müzakirə edib.

    Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Pakistan State Oil" arasında anlaşma memorandumu imzalanıb.

    Bundan başqa, hökumətlərarası saziş xam neft, neft məhsulları və maye qazın ticarətinin asanlaşdırılmasına, eləcə də onların idxalı üçün yeni güclərin birgə işlənməsinə yönəlib. Tərəflər birgə laboratoriyaların yaradılması, neft və qaz sahəsində istehsal sınaqlarının keçirilməsi üzrə birgə tədqiqatların aparılması, eləcə də neft və qaz yataqlarının kəşfiyyatı və istehsal sahəsində elmi-texniki yeniliklərin mübadiləsi və neft sənayesi üçün mütəxəssislərin hazırlanması barədə razılığa gəlib.

    Azərbaycan və Pakistan hər iki ölkədə neft və qaz kəşfiyyatı və istehsalı layihələrində əməkdaşlıq imkanlarını qiymətləndirmək və bu məqsədlə karbohidrogen ehtiyatlarının kəşfiyyatı və istehsalı üzrə birgə işçi qrupu yaratmağı qərara alıb.

    Qeyd edək ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi