Azərbaycan və İtaliya prezidentləri “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılışında iştirak ediblər

Azərbaycan və İtaliya prezidentləri “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılışında iştirak ediblər Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış ediblər
Energetika
18 İyul , 2018 14:57
Azərbaycan və İtaliya prezidentləri “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılışında iştirak ediblər
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış ediblər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.

Son xəbərlər

Orphus sistemi