Azərbaycan və ​İran nanotexnologiyaların tətbiqinə dair üçtərəfli protokol imzalayıb

Azərbaycan və ​İran nanotexnologiyaların tətbiqinə dair üçtərəfli protokol imzalayıb Sənəd İranın neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqini nəzərdə tutur
Energetika
28 Aprel , 2015 13:39
Azərbaycan və ​İran nanotexnologiyaların tətbiqinə dair üçtərəfli protokol imzalayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bu günlərdə İran Milli Neft Şirkətinin dəvətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti İranda səfərdə olub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə “Texnologiyaların transferi” mövzusunda keçirilmiş görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

Məlumata görə, bu ilin fevral ayında İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətində olub, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə aparılmış danışıqlarda əməkdaşlıq perspektivləri, xüsusilə İranın neft yataqlarında SOCAR-ın nanotexnologiyalarından istifadə məsələləri müzakirə olunub, ikitərəli əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkilib.

İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı Dövlət Neft Şirkətinin Nanotexnologiyalar Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi