Azərbaycan və İran alternativ enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacaq

Azərbaycan və İran alternativ enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacaq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycan nümayəndə heyətinin tərkibində İrana səfər edəcək
Energetika
31 İyul , 2015 17:17
Azərbaycan və İran alternativ enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacaq

Bakı. 31 iyul. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycan nümayəndə heyətinin tərkibində avqustun 3-4-də İrana səfər edəcək. Bu barədə "Report"a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sferalarda əlaqələrin perspektivlərinin müzakirə olunması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu xüsusda alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlıqla bağlı müzakirələrin aparılacağı da gözlənilir.

Qeyd edək ki, 2014-cü il noyabrın 12-də İran prezidentinin Bakıya səfəri zamanı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran Enerji Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov və İranın “Təvani” şirkətinin direktor müavini Davud Mənzur tərəfindən imzalanıb.

Xatırladaq ki, A.Bədəlov Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi