Azərbaycan və Estoniya energetika sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır

Azərbaycan və Estoniya energetika sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan və Estoniya energetika sahəsində birgə proqram işləyib hazırlamağı planlaşdırır.
Energetika
17 Oktyabr , 2018 17:59
Azərbaycan və Estoniya energetika sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan və Estoniya energetika sahəsində birgə proqram işləyib hazırlamağı planlaşdırır.

Bu barədə "Report"a Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Maya Tasa məlumat verib.

Diplomatın sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı danışıqlar aparırlar.

"Hələlik tərəflər bu istiqamətdə əməkdaşlığın konkret hansı formatda həyata keçiriləcəyini müzakirə edirlər. Odur ki, yaxın zamanlarda bütün detalları müzakirə etmək üçün nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsi gözlənilir", - deyə o qeyd edib.

M.Tasa vurğulayıb ki, Azərbaycan və Estoniya həmçinin təhlükəsizlik, təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı artırırlar.

Son xəbərlər

Orphus sistemi