Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.
Energetika
29 Noyabr , 2022 15:52
Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Bildirilir ki, bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə məhsuldar görüşü keçirilib.

Nazir bildirib ki, Azərbaycan və Əlcəzairin dost münasibətləri enerji ilə möhkəmlənir.

Xatırladaq ki, P. Şahbazov dünən Əlcəzairə səfər edib. Səfər çərçivəsində nazir Əlcəzairin rəsmi şəxsləri ilə görüşüb, iki ölkənin enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edib.

Son xəbərlər

Orphus sistemi