Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində Anlaşma Memorandumu təsdiqlənib “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Energetika
1 Fevral , 2023 18:00
Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

“Report”un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Anlaşma Memorandumu 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanıb.

Fərmana görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndəriləcək.

Xatırladaq ki, bu sənəd quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft-kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur, eləcə də "Azeri Light" və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınmasına dair araşdırmalar aparılması, neft-qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətləri üzrə fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi