Azərbaycan “Ümid” və “Babək” yataqları üçün yeni müqavilə imzalamağa hazırlaşır

Azərbaycan “Ümid” və “Babək” yataqları üçün yeni müqavilə imzalamağa hazırlaşır “Əvəzində podratçı seçilmiş olacaq və investisiya SOCAR tərəfindən yatırıla bilər”
Energetika
1 İyun , 2016 16:33
Azərbaycan “Ümid” və “Babək” yataqları üçün yeni müqavilə imzalamağa hazırlaşır

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin sonlarına qədər “Ümid” və “Babək” yataqlarının inkişaf etdirilməsi üçün xarici şirkətlərlə müqavilə imzalamağa hazırlaşır. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın İnvestisiya Departamentinin rəhbəri Vaqif Əliyev deyib.

V. Əliyevin sözlərinə görə, ilk dəfə olaraq müqavilə hasilatın pay bölgüsü sazişləri üzrə aparılmayacaq: “Əvəzində podratçı seçilmiş olacaq və investisiya SOCAR tərəfindən yatırıla bilər”.

Qeyd edək ki, SOCAR “Ümid” yatağında qaz hasilatına 2012-ci ilin sentyabrında başlayıb. Hasilat gündəlik 1,5 mln. kubmetr, illik isə 0,55 mlrd. kubmetr-ə bərabər olub, amma 2014-cü ildən etibarən bu rəqəm 2 dəfə azalaraq gündə 625 min kubmetrə düşüb.

“Ümid”də az miqdarda istehsal davam etdiyi halda, “Babək”də hələlik hasilat başlamayıb. İlkin proqnozlara görə, “Babək” yatağında 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat var.

Son xəbərlər

Orphus sistemi