Azərbaycan Ukraynaya ötən il 377 mln. dollarlıq neft ixrac edib

Azərbaycan Ukraynaya ötən il 377 mln. dollarlıq neft ixrac edib Bakı. 9 yanvar. REPORT.AZ/ Ukrayna 2017-ci ildə Azərbaycandan 376,8 mln. dollarlıq neft idxal edib.
Energetika
9 Yanvar , 2018 15:09
Azərbaycan Ukraynaya ötən il 377 mln. dollarlıq neft ixrac edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Ukrayna 2017-ci ildə Azərbaycandan 376,8 mln. dollarlıq neft idxal edib.

“Report” Ukraynanın “Unian” saytına istinadən xəbər verir ki, Azərbaycandan neft idxalı 2017-ci il ərzində Ukraynanın ümumi xam neft və qaz kondensatı idxalının 85,2%-ni təşkil edib.

Belə ki, 2017-ci il ərzində Ukrayna 442,2 mln. dollarlıq xam neft və qaz kondensatı idxal edib. Bu isə əvvəlki illə müqayisədə 2,5 dəfə artıqdır. Hesabat dövründə Ukrayna İrandan 37,7 mln. dollar (8,5%), Qazaxıstandan 17,5 mln. dollar (3,9%), digər ölkələrdən isə 10 mln. dollar həcmində xam neft idxal edib.

Son xəbərlər

Orphus sistemi