Azərbaycan-Ukrayna energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası martın 31-də keçiriləcək

Azərbaycan-Ukrayna energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası martın 31-də keçiriləcək Ukraynanın energetika nazirinin müavini: "Azərbaycan biznesi ilə əməkdaşlıqda maraqlıyıq"
Energetika
27 Mart , 2017 11:17
Azərbaycan-Ukrayna energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası martın 31-də keçiriləcək

Kiyev. 27 mart. REPORT.AZ/ Martın 31-də Kiyevdə Azərbaycan-Ukrayna energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçiriləcək.

Bu barədə "Report"un Ukrayna bürosuna açıqlamasında Ukraynanın energetika və kömür sənayesi nazirinin birinci müavini Qalina Karp bildirib.

"Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüş yüksək səviyyədə keçiriləcək. Azərbaycan biznesi ilə əməkdaşlıqda maraqlıyıq. Müxtəlif şirkətlərin əməkdaşlıq təkliflərini dinləyəcək, onların təkliflərini araşdıracağıq. Yekun qərar isə Ukrayna-Azərbaycan işçi qrupunun görüşündən sonra qəbul ediləcək. İşçi qrupunun iclasında digərləriylə yanaşı, "SOCAR Energy Ukraine" şirkətinin nümayəndələri də iştirak edəcək", - deyə Q.Karp vurğulayıb.

Son xəbərlər

Orphus sistemi