Yuxarı

Azərbaycan Türkmənistana qaz ixracı üçün ən ucuz variant təklif edir

Xoşbəxt Yusifzadə: Düşünürəm ki, tezliklə bu məsələ müsbət həll ediləcək

Bakı. 29 avqust. REPORT.AZ/ "Azərbaycan kəmərlərinə çıxış Türkmənistan üçün ən ucuz yol olacaq". "Report" xəbər verir ki, bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirdiyi I Avrasiya konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadənin sözlərinə görə, danışıqların uzanmasına səbəb mübahisəli "Kəpəz" yatağıdır: "Təxminən Xəzərin ortasına qədər kəmərlərimiz var. Oradan Türkmənistana qədər isə çox az məsafə qalır. Düşünürəm ki, tezliklə bu məsələ müsbət həll ediləcək. Onlar bu yatağı "Sərdar" adlandırır, biz isə "Kəpəz" deyirik. İnanıram ki, yaxın gələcəkdə bu məsələ həll olunacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi