Azərbaycan Türkiyəyə qaz nəqlini 4% artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 4% artırıb Azərbaycandan Türkiyəyə 558,5 mln. kubmetr qaz nəql edilib
Energetika
26 Aprel , 2016 10:54
Azərbaycan Türkiyəyə qaz nəqlini 4% artırıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycandan Türkiyəyə 558,49 mln. kubmetr qaz nəql edilib. "Report" Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Azərbaycandan Türkiyəyə qaz nəqli ötən ilin hesabat ayından 4,17% çox olub.

Azərbaycan qazının Türkiyənin ümumi qaz idxalında payı 14,1% olub.

Hesabat ayında Türkiyə ümumilikdə 3,964 mlrd. qaz idxal edib ki, bunun da 3,053 mlrd. kubmetri boru kəmərləri vasitəsilə nəql olunub, 910,68 mln. kubmetri isə maye qaz (LNG) olub.

Hesabat ayında qaz idxalı ötən ilin müvafiq ayından 14,47% az olub. Boru kəmərləri ilə qaz nəqli 17,11%, LNG-nin idaxlı isə 4,22% azalıb.

Türkiyəyə boru kəmərləri ilə İrandan 686,22 mln. kubmetr (0,33% az), Rusiyadan isə 1,808 mlrd. kubmetr (26,45% az) qaz nəql edilib.

Son xəbərlər

Orphus sistemi