Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmi açıqlandı

Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmi açıqlandı Yanvar ayında Gürcüstan Azərbaycandan Türkiyəyə 26,43 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.
Energetika
20 Fevral , 2020 14:34
Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmi açıqlandı
Pexels

Yanvar ayında Gürcüstan Azərbaycandan Türkiyəyə 26,43 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.

Ötən ilin eyni dövründə Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən elektrik enerjisinin çatdırılması həyata keçirilməyib. 2019-cu ilin fevral ayında isə tranzit olunan elektrik enerjisinin həcmi 8,99 milyon kilovatt/saata bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Gürcüstanın Azərbaycandan Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmi 136,16 milyon kilovatt/saat təşkil edib.

Son xəbərlər

Orphus sistemi