Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Türkiyədə elektrik stansiyasının inşası üçün xarici banklarla danışıqlar aparır

    Kömürlə işləyəcək bu elektrik stansiyasının inşası işləri 2-2,5 ilə tamamlanacaq

    Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etməyi planlaşdırdığı kömürlə işləyən elektrik istehsal etmək üçün nəzərdə tutulan 300 MV-lıq stansiyanın (Petkim Kojenerasyon Təsisi - Petkojen) maliyyələşməsi üçün həm Türkiyə bankları, həm EBRD, "Eximbank"lar, Çin bankları ilə danışıqlar aparılır.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qərhəmanov bildirib.

    Z.Qərhəmanov qeyd edib ki, potensial investorların layihəyə marağı böyükdür. Onun sözlərinə görə, bu ilin sonuna kimi bütün tenderlər tamamlanacaq və gələn ildən tikinti işlərinə başlanılacaq.

    Şirkət rəsmisi əlavə edib ki, tikinti işləri 2-2,5 ilə tamamlanacaq: "Bu, SOCAR-ın elektrik enerjisi sektorunda ilk addımıdır. SOCAR artıq təkcə neft və qaz şirkəti deyil, elektik enerjisi şirkətinə çevrilir".

    Z.Qərhəmanov bildirib ki, bu layihə həm "Petkim" neft kimya kompleksi, həm "Star" neft emalı zavodunun elektrik enerjisinə olan tələbatını ödəyəcək, həm də İzmir əhalisinə də enerji satılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi