​Azərbaycan təyyarə yanacağının ixracını artırıb

​Azərbaycan təyyarə yanacağının ixracını artırıb Bu ilin noyabrında ixrac 2,4 dəfə, 11 ayda isə 52% artıb
Energetika
1 Dekabr , 2014 17:10
​Azərbaycan təyyarə yanacağının ixracını artırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin noyabr ayında 17,255 min ton təyyarə yanacağı ixrac edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

SOCAR-dan "Report"a verilən məlumata görə, 2014-cü ilin yanvar-noyabr aylarında şirkət təyyarə yanacağının ixracını ötən ilin 11 ayına nisbətən 51,9% artıraraq 176,111 min tona çatdırıb.

Qeyd edək ki, noyabr ayında dünya bazarında təyyarə yanacağının 1 tonu 750,48 ABŞ dolları qiymətinə satılıb və bu, 2013-cü ilin noyabr ayına nisbətən qiymət 28,2% azalıb. 

Son xəbərlər

Orphus sistemi