Azərbaycan təyyarə yanacağının ixracını artırıb

Azərbaycan təyyarə yanacağının ixracını artırıb Bu ilin 9 ayında ARDNŞ 159 min ton təyyarə yanacağı ixrac edib
Energetika
6 Noyabr , 2014 07:43

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin yanvar-oktyabr ayları ərzində 158,9 min ton həcmində təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə təyyarə yanacağının ixracı 46,2% artıb. Oktyabr ayı ərzində isə təyyarə yanacağının ixracı təxminən 20 min ton olub.

Qeyd edək ki, 2014-cü ilin oktyabr ayında dünya bazarında təyyarə yanacağının qiyməti (1 ton üçün) 807,22 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi