Yuxarı

Azərbaycan təbii qaz ixracını 83% artırıb

​Azərbaycan təbii qaz ixracını 83% artırıb

Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 664 611,71 min kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1 047,680,8 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.

Bu ilin I yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi