Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 1,62 mlrd. kub metr təbii qaz ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Azərbaycan “mavi yanacaq” satışından gəlirlərini də artırıb. Belə ki, 3 ay ərzində xaricə satılmış qazın dəyəri 266,35 mln. ABŞ dolları olub ki, bu da illik müqayisədə 4,2 çoxdur.
Qeyd edək ki, hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracında 10,2%-lik paya malik olub.